XİN başçısı Bolqarıstana gedib

31 Oktyabr, 2018 08:22 | Siyasət | Baxış sayı: 14
Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Sofiyada Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası olacaq

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın paytaxtı Sofiya şəhərinə rəsmi səfərə gedib.

Nümayəndə heyətinə Azərbaycanın Milli Məclisi, Energetika Nazirliyi və Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri daxildir.

Səfər çərçivəsində E.Məmmədyarovun Bolqarıstanın yüksək səviyyəli rəsmiləri ilə görüşü, eləcə də Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclası keçiriləcək.