Amerika ermənilərin arzularını ürəklərində qoydu

31 Oktyabr, 2018 10:35 | Siyasət | Baxış sayı: 114
Con Bolton
Con Bolton

Xaosun yaşandığı ölkədə Boltonun səfərindən narazılıq hələ də davam edir

ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri ancaq tanışlıq xarakteri daşımayıb. Bəzi politoloqların sözlərinə görə, söhbət həm də Vaşinqtonun Rusiya ilə bağlı olaraq Cənubi Qafqaz ölkələri ilə münasibətlərini daha da fəallaşdırmaq istəyi ilə əlaqədardır. 

Azərbaycan amerikalılar üçün ən çətin ölkədir. Çünki o qərbə meyilli deyil, müstəqil, öz maraqlarına cavab verən siyasət yürüdür. C.Boltonun ölkəmizə səfəri, Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü konstruktiv keçib. Səfər və görüşdən sonra yayılan rəsmi məlumatda bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığı, əlaqələrin gələcəkdə daha da dərinləşməsinə şərait yaratdığı qeyd edilib. 

İndi siyasi xaosun yaşandığı Ermənistanla bağlı məsələ isə tam fərqlidir. Ölkə növbədənkənar parlament seçkisi ərəfəsindədir. Trampın müşaviri ilə danışıqlarda Ermənistan hakimiyyəti təbii ki, əsas məsələyə  -  Qarabağ problemi və Amerikanın maliyyə yardımı məsəsləsinə diqqət çəkmək istəyib. Amma Con Bolton Amerika silahının açıq rekamı ilə başlayıb. O, iddia edib ki, bu silahlar Rusiya istehsalı olanlardan dəfələrlə yaxşıdır. Daha sonra o  bildirib ki, ABŞ silah satışına maneə yaradan 907-ci düzəlişi ləğv edə bilər.

Əslində Bolton bu məsələni elə-belə qaldırmayıb. Axı hamıya yaxşı bəlidir ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra iki ölkə arasında fikir ayrılıqları meydana gəlib. Ancaq baş nazir vəzifələrini icra edən şəxsin özü bunu hec cür etiraf etmir.

Qarabağ münaqişəsinə gəldikdə isə müşavir bildirib ki, bura hansısa həll qərarı ilə gəlməyib və tərəflər özləri razılaşmalıdırlar. Bu erməniləri əlbətdə ki, məyus edib. 

Azərbaycanla danışıqları pozduğu üçün Ermənistnı tənqid edən ABŞ-ın İrəvandakı keçmiş səfirindən sonra Bolton da bu məsələdə ermənilərə köməkdən yayınıb. Bundan başqa pula çox ehtiyacı olan Ermənistana maliyyə köməyi haqqında da konkret heç nə deyilməyib.

Bunun üçün də bir çox erməni ekspertlər silah məsələsinə birmənalı yanaşmayıblar. “Biz bu silahları nə ilə alaq?”

Boltonun səfəri ürəklərincə olmayan erməni rəsmilər onun görüşləri ilə bağlı rəsmi məlumat verməkdən də yayındılar. Paşinyanın ABŞ prezidenti ilə görüşmək niyyəti isə təmiz arxa plana keçdi. İndi bu barədə heç nə danışmamağa çalışırlar.