Türkiyə - Azərbaycan gündəmində duran əsas məsələ

31 Oktyabr, 2017 16:29 | Siyasət | Baxış sayı: 245
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan təkbətək görüşüb

Türkiyə ilə Azərbaycanın əməkdaşılığı siyasi əlaqələr, beynəlxalq təşkilatlardakı birgə fəaliyyət, iqtisadi sahədə əməkdaşlıq, hərbi, hərbi-texniki əməkdaşlıq, təbii ki, enerji, nəqliyyat məsələləri üzrə yaxşı nəticələrə gətirib çıxaracaq.

İstiPress-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu barədə bu gün Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən altıncı iclasında bildirib. 

İlham Əliyev Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən danışıb: “Bu gün biz təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Bir daha görürük ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Əlaqələrimizin inkişafı ilə bağlı bizim fikirlərimiz üst-üstə düşür”.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən altıncı iclası
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilən altıncı iclası

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib:

"Xüsusilə indi Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini, atdığımız addımın nəticəsini görmək bizi çox qürurlandırır. Dünən 15 dəqiqəlik dəmir yolu səyahətimizi vətəndaşlarımız, xalqlarımız gördülər. İnşallah, onların tezliklə təkcə Qarsdan Bakıya deyil, Pekinə, Londona getdikləri günləri də hamımız birlikdə görəcəyik və dualarını eşidəcəyik".