İŞİD-dən azərbaycanlılara qanlı hədə-qorxu - "Gözləyin"

31 Oktyabr, 2017 15:55 | Siyasət | Baxış sayı: 939
İŞİD-ın hədəsi
İŞİD-ın hədəsi

Azərbaycanın Şimal qonşusu yeni hədəfdir?

İŞİD terrorçuları bu dəfə futbol azarkeşlərini qorxuya saldılar. İstiPress-in məlumatına görə, terrorçular gələn il Rusiyada keçirilməsi nəzərdə tutulan Dünya Çempionatı barədə təhdidedici məlumat yayıblar. 

Onlar növbəti hədələrində dünya şöhrətli futbolçu Ronaldodan istifadə ediblər. Daha doğrusu onun görüntüsündən."Söylədiklərimiz, duyduğunuz deyil, gördüyünüz şeylərdir. Sadəcə gözləyin. Biz də gözləyirik", deyə onların təhdid mesajında deyilir.

Mesajda Ronaldo əlləri bağlı, gözünün altı döyülməkdən qaralmış və diziüstə dayanmış formada əks edilib. Onun başının üstündə isə əlində bıçaq tutan terrorçu var. 

Xatırladaq ki, İŞİD daha öncə FİFA-nı Messi və neymar kimi tanınmışların fotolarından istifadə edərək hədələmişdi. İlk yayaılan fotoda Messi qətlə yetirilmiş, Neymar ölüm ayağında idi.