Ermənistan rəhbərliyinin and-amanı

31 Oktyabr, 2017 09:10 | Siyasət | Baxış sayı: 229
Ermənistanda yoxsulluq
Ermənistanda yoxsulluq

Müxalifət infilyasiya artacaq deyir, hakimiyyət kredit axtarır

Ermənistanda 3 ildir ki, maaş və pensiyada artım yoxdur. Bu barədə keçeirdiyi brinfinqdə  “Çıxış” parlament franskiyasının rəhbəri Nikol Paşinyan deyib. Bununla belə onun sözlərinə görə, ölkədə çox ciddi infilyasiya var. O, yəqin ki, gələcək ildə də əhəmiyyətli dərəcədə artacaq.

Paşinyan deyib ki, resspublika rəhbərliyi yoxsulluqla mübarizə üçün demək olar ki heç bir addım atmır. “Çıxış”ın rəhbəri 2018-ci ilin büdcə layihəsini də qeyri adekvat adlandırıb.

Statistik məlumata görə, ölkə əhalisinin 45 faizi yoxsulluq həddində yaşayır. 

Öz növbəsində erməni rəhbərliyi isə and-aman edir ki, gələn ildən başlayaraq respublika daha xarici kreditləri yeməyəcək. Bundan başqa dövlət aparatındakı işçilərinin sayının da 5,5 min nəfərə qədər azaldılması planlaşdırılır.

Ermənistan çox tezliklə Rusiya ilə yeni hərbi kredit haqqında razılaşamanın imzalacağına ümidlə yaşayır. Moskvanaın İrəvana nə qədər kredit ayırdığını yəqin ki, bir Allah bilir.