Bağdad kürdləri Türkiyə sərhədindən çıxardı

31 Oktyabr, 2017 15:38 | Siyasət | Baxış sayı: 451
Türkiyə və İraq əsgərləri birlikdə
Türkiyə və İraq əsgərləri birlikdə

Türkiyə və İraq əsgərləri birgə əməliyyat həyata keçirib

İraq-Türkiyə sərhədində yerləşən İraq Kürd Regional Hökumətinin nəzarəti altında olan Xəlil İbrahim sərhəd keçid məntəqəsi İraq mərkəzi hökumətinin nəzarətinə verilib.

İstiPress-in məlumatına görə, bu barədə «Reuters» agentliyi xəbər verib.  Məlumata görə, İraq əsgərləri Türkiyən və İraq arasında olan Habur sərhəd keçid məntəqəsini də nəzarətə götürüb.

Təqdimat mərasimində İraq ordusunun Baş Qərargah rəisi və İkinci Ordunun komandiri iştirak edirlər.

Türkiyə mətbuatı İraq ordusunun Türkiyə ordusu ilə birlikdə Türkiyə Şırnak vilayətindən birlikdə Habur Sərhəd keçid məntəqəsinə doğru hərəkət etdiyini xəbər verib. Həmçinin Suriya-İraq sərhədində sərhəd-keçid məntəqəsi də İraq ordusunun nəzarəti altına keçib.