Rusiyada azərbaycanlı döyüşçülərin şərəfinə abidə ucaldıldı

31 Avqust, 2020 16:59 | Siyasət | Baxış sayı: 54

Rusiya Federasiyasının Rostov vilayətində “Sambek yüksəkliləri” - Böyük Vətən müharibəsinin yeni hərbi-tarixi muzey kompleksinin açılışı olub.

İstiPress-in "Vestnik Kavkaza" portalına istinadən məlumatına görə, mərasimdə Rostov vilayətinin qubernatoru Vasili Qolubev çıxış edərək abidənin əsasən azərbaycanlılardan ibarət olan 416-cı Taqanroq diviziyasının qəhrəmanlığına həsr edildiyini deyib. 

Mərasimdə bildirilib ki, Sambek şiddətli döyüşlərin keçirildiyi yer olub -  1941-ci ildə faşistlər Rostova can atanda da, 1943-cü ildə sovet qoşunları bizimkilər hücuma keçəndə də. O da bildirilib ki, bu yüksəklik təkcə Rusiya üçün deyil, həm də Azərbaycan üçün vacibdir.

Qeyd edilib ki, muzey kompleksi real döyüşlərin baş verdiyi ərazidə yerləşir. 160 kilometrlik Mius cəbhə xətti boyunca 14,5 hektar döyüş sahəsidir.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev deyib: "Hitlerçilərin bizim diyarda törətdikləri dağıntı, barbarlıq və qeyri-insani hərəkətlər o vaxta qədər tarixdə görünməmişdi. Böyük Vətən müharibəsinin veteranları və iştirakçıları barədə xatirəni hər bir ailədə qayğı ilə qoruyub saxlayırlar. 2017-ci ilin baharında buradakı Şöhrət xiyabanında 325 döyüşçü ehtiramla torpağa tapşırılıb, onlardan 19-nun adı müəyyən edilib.

Reportajda bildirilir ki, Hərbi-Tarix Muzeyi İnformasiya-Sərgi Mərkəzi, balaca kilsə, amfiteatr, alma bağı da daxil olmaqla 8 açıq məkandan ibarətdir. Burada hitlerçilərin istehkam maketləri də qurulub. Təkcə ön xətdə 3 min kilometrə yaxın xəndək qazılmışdı. Bu, Berlinə qədər məsafədən iki dəfə çoxdur.

Sambek yüksəklikləri Mius çayının sağ sahilində Donetsk diyarının cənub yamaclarındakı yüksəkliklər, təpələr, kurqanlar silsiləsidir. Bu kurqanlardan ən ucası buradan 40 kilometr məsafədə yerləşən Saur-Mogila kurqanıdır. Onun hündürlüyü 277,9 metrə bərabərdir. Faşistlər burada, Sambekdə dəniz səviyyəsindən 80-100 metr yüksəklikdə onların əlçatmaz olması üçün nə mümkündürsə edirdilər.

Mius cəbhəsinin döyüşçülərinin xatirəsinə ilk memorial burada 1980-ci ildə, Qələbənin 35 illiyi şərəfinə ucaldılıb. Həmin memorial Azərbaycan Respublikasının vəsaiti hesabına və onun fəal iştirakı ilə inşa edilmişdi. Açılış mərasiminə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti gəlmişdi".

Daha sonra Ulu öndər Heydər Əliyevin sözləri dərc edilib: "Don torpağında ucaldılmış möhtəşəm monument Rostov vilayəti və Azərbaycan zəhmətkeşlərinin bu döyüşlərin sağ qalmış və həlak olmuş bütün qəhrəmanlarının nəcib xatirəsinə hörmət və minnətdarlıq əlamətidir".