Prezidentin ailə sirlərini sızdıran köməkçisi qovuldu

31 Avqust, 2019 11:04 | Siyasət | Baxış sayı: 204
Donald Tramp - ABŞ prezidenti
Donald Tramp - ABŞ prezidenti

28 yaşlı köməkçi Trampın qızını çox kök hesab etdiyini deyirdi

ABŞ prezidenti Donald Tramp şəxsi köməkçisini qovub. İddiaya görə, Madlen Vesterhautun işini itirməsinə səbəb onun KİV-ə verdiyi açıqlama olub. Belə ki, köməkçi prezidentin öz övladları ilə münasibətindən danışıb. 

"New York Times" qəzeti 28 yaşlı köməkçinin işdən qovulmasına səbəb kimi ailə sirlərinin və iş fəaliyyətinin bəzi detallarını mətbuata sızdırmasını göstərir. 

"Poitico" qəzetinin yazdığına görə, jurnalistlərlə söhbəti zamanı o bildirib ki, onunla Tramp arasındakı əlaqələr, prezidentin qızı İvanka və Tiffani ilə əlaqələrindən daha yaxşıdır. Vesterhautun sözlərinə görr, prezidentin Tiffani ilə foto çəkdirməkdən xoşu gəlmir. O, hesab edir ki, qızı çox kökdür. Qadın hətta Tramapın qızını başqa insaların içindən seçə bilməməsi ilə bağlı zarafat da edib. 

İddiaya görə, qadın köməkçi bunları avqust ayında KİV nümayəndələri ilə qeyri-rəsmi şam zamanı deyib. Bu zaman prezident qolf klubda dincəlib. 

Trampın özü isə Madlenin yaxşı köməkçi olduğunu, lakin sözlərindən bir az incidiyini deyib. Dövlət başçısı qızı Tiffanini sevdiyini və onun gözəl, çalışqan insan olduğunu vurğulayıb.