Ərdoğan Bakıya gəlir

31 Avqust, 2019 09:39 | Siyasət | Baxış sayı: 90
R.T.Ərdoğan
R.T.Ərdoğan

Səfər oktyabr ayında baş tutmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, R.T.Ərdoğan bu ilin oktyabr ayında Bakıda keçiriləcək Türk Şurasının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

Diplomat qeyd edib ki, səfər çərçivəsində bir sıra məsələlər müzakirə olunacaq.