Müsəlmanlar irqçi lideri peşman etdilər - peyğəmbərin karikaturası yarışına görə

31 Avqust, 2018 10:13 | Siyasət | Baxış sayı: 82
Hert Vilders
Hert Vilders

Niderlandlı parliya rəhbəri təhlükəsizlikdən qorxaraq yarışı ləğv etməyə məcbur olub

Niderlandda Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturası müsabiqəsi ləğv edilib. İstiPress-in məlumatına görə, İslam düşmənçiliyi ilə tanınan irqçi, "Azadlıq" (PVV) partiyasının rəhbəri Hert Vilders geri addım atamalı olub.

Dünya müsəlmanlarının bu müsabiqənin keçirilməsi xəbərinə verdikləri sərt reaksiyalar onu buna vadar edib. O, sosial mediada paylaşdığı mesajında müsabiqəni təhlükəszilik məqsdəi ilə ləğv etdiyini açıqlayıb. PVV lideri ancaq özünün yox, bütün ölkənin təhlükədə olduğunu iddia edib. 

Buna baxmayaraq irqçi lider İslama qarşı mübarizəsini davam edəcəyini, heç bir təhdidin onu dayandıra bilməyəcəyini deyib. 

Xatırladaq ki, H.Vilders iyul ayında belə yarış keçirəcəkləri ilə bağlı açıqlama vermişdi. Karikatura müsabiqəsinə müraciətlər bu gün bitməli idi. O, qalibin 10 noyabrda elan ediləcəyini, birinci yerin sahibinin 10 mibn dollar mükafat qazanacağını qeyd edib. 

Yarışda iştirak üçün 200-dən çox iş toplnamışdı.