Misirdə gözlənilməz qərar - ilk qadın

31 Avqust, 2018 12:13 | Siyasət | Baxış sayı: 101
Manal Avad Mixail
Manal Avad Mixail

Yeni qubernatorlar öz işlərinə başlayıblar

Misirdə ilk dəfə olaraq xristian qadın yüksək vəzifəyə təyin edilib. İstiPress-in məlumatına görə, ölkə prezidenti Əbdul Fəttah Xəlil Əs Sisi yeni qubernatorların vəzifələrini icra etməsinə başlaması ilə bağlı keçirilən mərasimə qatılıb.

Onların arasında Manal Avad Mixail adlı qadın da var. Xristian qadının qubernator postuna təyin edilməsi Misir tarixində bir ilk hesab edilir. O, Damietta vilayətinə rəhbərlik edəcək. 

Xatırladaq ki, Misirdə əhalinin 10 faizini xristianlar təşkil edir. Onlar yüksək postlarda bu dinin daşıyıcılarının olmamasından uzun müddətdir ki, narazılıq edirdilər. 

Misirin hazırki nazirlər Kabinetində 8 qadın nazir var.