Ərdoğan super gücün liderini məyus etdi

31 Avqust, 2018 11:26 | Siyasət | Baxış sayı: 144
Donald Tramp
Donald Tramp

Donald Tramp özü bu barədə açıqlama verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın lideri Donald Trampı məyus edib. Bu barədə Tramp özü deyib. Onun məyusluğuna səbəb isə Türkiyədə həbs edilən rahib Endryu Branson ilə bağlı vəziyyətdir.

"Mən çox məyus oldum. Amma baxaq görək hadisələr necə cərəyan edəcək", deyə Tramp yerli kanallardan birinə müsahbəsi zamanı bildirib. 

Rahib FETÖ və PKK terror təşkilatları ilə əlaqədə ittiham edilərək saxlanılıb. ABŞ rahibin azad edilərək geri qaytarılmasını tələb etsə də, Türkiyə bu tələbə rədd cavabı verib. Bu hadisədən sonra iki ölkə arasında münasibətlər gərginləşib. Nəticədə hər iki bir-birinə qarşı bəzi iqtisadi sanksiyalar tədbiq etməyə başlayıb. 

Tramp bu dəfə də hədələrdən çəkinməyib. Onun yeni hədəfi isə Dünya Ticarət Təşkilatı olub. Prezident təkiltadan çıxa biləcklərini deyərək, ultimatum verib. "Əgər onlar öz fəaliyyətlərini yaxşılaşdırmasalar oranı tərk edcəyik". 

O, iddia edib ki, bu təşkilatda ABŞ-a uzun illər pis münasibət göstəriblər.