106 yaşlı ana oğlunun dəfninə qatılacaq

31 Avqust, 2018 11:59 | Siyasət | Baxış sayı: 98
Roberta Makkeyn
Roberta Makkeyn

Makkeynin anası özünü yaxşı hiss edir

Ötən həftə 81 yaşında beyin xərçəngindən vəfat edən amerikalı senator Con Makkeynin dəfnində onun anası da iştirak edəcək. Bunun üçün 106 yaşlı Roberta Makkeyn mərasim keçiriləcəyi şəhərə gətiriləcək. Bu barədə  NBC kanalının əməkdaşı Andrea Mitçel "Twitter" mikrobloqunda yazıb. 

Onun sözlərinə görə, bir əsrdən çox yaşı olan qadın avqustun 29-dakı vida mərasiminə qatıla bilməsə də, özünü yaxşı hiss edir. 

Xatırladaq ki, dəfn mərasimi sentyabrın 2-də ABŞ-ın Annapolisdəki hərbi dəniz akademisyasının qəbristanlığında baş tutacaq.