Ermənistan Qarabağda zəif olduğunu etiraf edir

31 Avqust, 2017 13:43 | Siyasət | Baxış sayı: 308
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında
Ermənistan ordusu işğal edilmiş Azərbaycan torpaqlarında

İrəvan asılı vəziyyətə düşür: güzəştə hazırdır

Erməni mətbuatının diqqət mərkəzində olan əsas məsələ - Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü olaraq qalır. Bu görüşün ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Riçard Hoqlandın məlum bəyanatı ilə üst-üstə düşür. Bu bəyanat rəsmi İrəvanın o qədər də xoşuna gəlməyib.

Bu bəyanatla bağlı Ermənistanda iki fikir var. İlkin olaraq bunu təsadüfi bir şey kimi düşünənlər var. İkincisi, yerli ekspertlər hesab edirlər ki, burda nəsə müəmmalı bir şey var. ABŞ özünün varlığını bu şəkildə hiss etdirir. Bundan başqa, bu, qəzetlərin yazdığı kimi, unkial rus-amerika əməkdaşlığıdır.

Rəsmi İrəvan həmişə ABŞ-dakı böyük erməni diasporuna güvənib. Keçmiş prezident Barak Obama qondarma erməni soyqırımını tanımadıqdan sonra İrəvanda yeni prezidentin bunu edəcəyinə inanırdılar. Onların düşüncəsində ikinci erməni yaradılması qondarma erməni soyqırımının tanınması ilə möhkəmlənə bilərdi. Amma, bu, alınmadı.

Erməni mətbuatının yazdığına görə, Soçi görüşündə Qarabağ məsələsi ilə bağlı sammitin yaxın günlərdə keçirilməsi planlaşdırılmalı idi.

Görünür ki, Azərbaycan prezidenti İlham Əliyev Putinlə görüşündə bu ideyaya soyuq yanaşıb. Azərbaycanda hesab edirlər ki, belə bir görüş ağla və qəlbə heç nə vermir. Rusiya prezidenti erməni həmkarını aldadıb ki, əldə olunmuş razılıqlar onların xeyrinədir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin bəyanatı Serj Sarkisyanı çətin bir vəziyyətdə qoydu. Nə etməli?

Erməni politoloqu Anuş Serdikyan Soçi görüşünü belə şərh edib. Nəyəsə nail olmaq üçün 3 şey lazımdır. İqtisadi və energetik azadlıq, bir də tarazlığı qorumaqla Dağlıq Qarabağ məsələsini həll etmək. Bunların heç biri isə Ermənistanda təəsüf ki, yoxdur. 

Mayis Məmmədov//əməkdar jurnalist