Türkiyə "sülh dəhlizi" yaradır

31 İyul, 2019 09:08 | Siyasət | Baxış sayı: 44
Suriyada raket hücumu
Suriyada raket hücumu

Dəhliz Suriya ilə sərhəddə yaradılmalıdır

Türkiyə Suriya ilə sərhədini terrorçulardan təmizləməklə "sülh dəhlizi" yaratmaq üçün səy göstərmək niyyətindədir. Bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekununda qəbul olunmuş bəyanatda deyilir.

Bəyanatda Türkiyənin yerli və xarici terror qruplaşmaları ilə qətiyyətlə mübarizəni davam etdirəcəyi də bildirilir, sərhədinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyini vurğulanır.

NATO ilə münasibətlərə gəlincə, bəyanatda Türkiyənin öz öhdəliklərini yerinə yetirdiyini və müttəfiqlərindən strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından eynisini gözlədiyini qeyd olunur.