Qəzaya uğramış hərbi təyyarənin axtarışına Türkiyəli mütəxəssislər cəlb edilib

31 İyul, 2019 18:41 | Siyasət | Baxış sayı: 77

Xüsusi avadanlıqlar və qurğularla təchiz ediliblər

İyulun 31-də Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.