Evə hədiyyə kimi raket qurğusu apardı - FOTO

31 İyul, 2019 11:02 | Siyasət | Baxış sayı: 65

Sərnişinə təyyarəyə minib evinə getməyə icazə veriblər

ABŞ-ın Merilend ştatındakı Baltimor hava limanında yoxlama zamanı sərnişinlərdən birinin çantasından raket qurğusu aşkar edilib. 

İstiPress "ABC News"a istinadən bildirir ki, saxlanan kişi sorğu zamanı bildirib ki, hərbçidir və Küveytdə xidmətdən sonra raket qurğusunu suvenir kimi evə aparmaq qərarına gəlib. 

Qurğunun istifadəyə yararsız olduğu aydın olduqdan sonra onun təhlükəsiz şəkildə ortadan qaldırılması üçün aiddiyatı qurumlara müraciət edilib və mütəxəssislərə təhvil verilib. Sərnişinə isə təyyarəyə minib Floridadakı evinə getməyə icazə veriblər.