ABŞ Qarabağın işğal zonasına maliyyələşdirməni dayandırır

31 İyul, 2019 15:56 | Siyasət | Baxış sayı: 138
Ağ Ev
Ağ Ev

Amerika Erməni Milli Komitəsi məlumat yayıb

Amerika Erməni Milli Komitəsi ABŞ hökumətinin Qarabağ separatçılarına verdiyi maddi yardımın dayandırılması ilə bağlı iki aylıq planları barədə məlumat yayıb.

İstiPress-in məlumatına görə, erməni KİV-ləri ABŞ hökumətinin ərazilərin minalardan təmizlənməsi üçün ayrılmış yardımı azaltmağı planlaşdırdığını söyləyən Amerika Erməni Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyanın sözlərini sitat gətirirlər.

"Bu, USAID tərəfindən maliyyələşdirilən bir proqramdır, onun dayandırılması ciddi bir mesajdır və böyük siyasi nəticələrə gətirib çıxaracaq. Bu, siyasi və hüquqi presedent olacaq, hansı ki, nəticələrini hamımız bilirik",-deyə S.Sarkisyan vurğulayıb.

Xatırladaq ki, ABŞ Ermənistandan sonra yeganə ölkədir ki, Qarabağın müstəqilliyini tanımadan, ona birbaşa maliyyə yardımı göstərir.