Tanklarımız tərpənməz və hərəkətli hədəfləri məhv etdi - VİDEO

31 May, 2018 19:59 | Siyasət | Baxış sayı: 618

Tank heyətləri minalanmış sahələri keçdilər

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü komandiri” adı uğrunda yarış keçirilir.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, yarışda tank heyətləri minalanmış sahələri, digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları icra edirlər.

Nəticələrə əsasən ən yaxşı tank bölüyü komandiri müəyyən olunacaq.