Paşinyan Əliyevlə görüşməyə çalışır

31 May, 2018 13:51 | Siyasət | Baxış sayı: 665
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan XİN-dən sensasion açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevarasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar üzrə görüşməyə çalışır.

İstiPress-in "news.am"a istinadən məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "Armenia" telekanalına bildirib.

"Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən ayları deyil, həftələri nəzərdə tuturam", - deyə o qeyd edib.

Onun sözlərinə görə, erməni tərəfi indiyə kimi gördüyü işi davam etdirəcək. Yəni Mnatsakanyan indiyə kimi Paşinyanın verdiyi bəyanatların populizmdən başqa bir şey olomadığına işarə vurub.