Kiyevdə güllələnən rus jurnalist dirildi

31 May, 2018 08:50 | Siyasət | Baxış sayı: 82
Arkadi Babçenko
Arkadi Babçenko

Prezident "ölən" babçenko ilə görüşüb

Bir neçə gün öncə Ukraynada qətlə yetirildiyi deyilən jurnalist sağ imiş. İstiPress-in Rusiya mətbuatına istinadla verdioyi məlumata görə, Arkadi Babçenkonun sağ olduğunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak açıqlayıb.

Onun sözlərinə görə, bu tamaşanın qurulmasına səbəb jurnalistə qarşı hazırlanan sui-qəsdi üzə çıxarmaq olub. "Arkadi Babçenkonu üçüncü doğum günü münasibətilə təbrik edirəm”.

Kəşfiyyat rəhbərinin bu sözlərindən sonra A. Babçenko zala daxil olub. V. Qritsak sui-qəsdi Rusiya xüsusi xidmət orqanlarının sifariş etdiyini bildirib.

V. Qritsak sui-qəsdin təşkilatçısının bu gün Kiyevdə yaxalandığını açıqlayıb.

Ukrayna prezidenti Pyotr Poroşenko da ötən gün haqqında qətlə yetirildiyi barədə rəsmi məlumat yayılan Babçenko ilə görüşüb.

Xatırladaq ki, babçenkonun çərşənbə axşamı öz mənzilində güllələnərək qətlə yetirilməsi barədə xəbər yayaılmışdı.