İlham Əliyevdən Ramazan qəbulu YENİLƏNİB

31 May, 2018 13:02 | Siyasət | Baxış sayı: 116
Qəbul
Qəbul

Görüşdə səfirlər iştirak edib

Prezident Ramazan ayı ilə bağlı qəbul keçirib.

İstiPress-in məlumatına görə, İlham Əliyev bu gün müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Görüşdə çıxış edən prezident deyib ki, Ramazan ayında keçirilən bu qəbul ənənəvi xarakter daşıyır. "Bizim dost ölkələrimiz, müsəlman ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram.

Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub.

Bildiyiniz kimi, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır. Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik".