İlham Əliyev Muğanna barədə sərəncam verdi

31 May, 2018 20:25 | Siyasət | Baxış sayı: 186
İsa Muğanna
İsa Muğanna

Azərbaycan Prezidenti İlham Əliyev İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.