Hərbçiləri ən çətin yerlərdə belə yorulmaqdan xilas edəcək kəşf FOTO

31 May, 2018 12:41 | Siyasət | Baxış sayı: 511
"Asya"
"Asya"

"Asya" hərbçilərin hərəkətini artırıb, zədələrini azaldacaq

Türkiyədə hərbçilərin fiziki göstəricilərini daha da yüksəldəcək qurğu hazırlanıb. İstiPress-in məlumatına görə, ASELSAN-nın ağır təhcizatı daşımağı asanlaşdıraraq, yorğunluğun qarşısını alacaq "Asya"sı xidmətə hazırdır.

"Asya" (hərbi yürüyüş asistanı) bütün sınaqlardan uğurla keçib. Erqonomik və səssiz sistem olan "Asya" sayəsində hərbçilərin zədələnmələri azalacaq.

Xarici skelet kimi də təqdim edilən bu qurğu müxtəlif ərazi şərtlərində hərbçilərin gəzməsi, hündürlüyə dırmaşması, tullanması kimi hərəkətlərinə dəstək verir. İstifadəçisinə uyğunlaşması və yüksək hərəkət qabiliyyəti sayəsində sürətli hərəkət tələb edilən ən çətin şəraitdə belə hərbçilərin performasını artırır.

Hələlik kütləvi istehsal üçün tələbat gözləyən "Asya" vəzifə başında olan hərbçilərin ağır yükləri ilə belə yorulmadan daha uzaq məsafə qət etməsinə kömək edəcək. 

Müdafiə sənayesi mütəxəssisləri dünyada "exoskeleton" kimi tanınan geyilə bilinən bu tip məhsulların ayaq əzələlərinə uyğunlaşaraq cazibə qüvvəsini azaltdığını bildirirlər. "Exoskeleton"lar üzərində iş bir çox ölkədə aparılır. 

"Asya"nın ilk prototipi 2017-ci ildə keçeirilən IDEF sərgisində nümayiş etdirilib.