Avropanın bu ölkəsi Azərbaycan üçün vizanı ləğv etdi

31 May, 2018 08:17 | Siyasət | Baxış sayı: 422
Pasport alan qız
Pasport alan qız

Vizasız səfərlər iyunun 2-dən başlayacaq

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edir. Bu barədə Serbiya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Azərbaycan vətəndaşları iyunun 2-dən Serbiyaya vizasız səfər edə biləcəklər. 

Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-22-də Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı bir sıra ikitərəfli sənədlər imzalanıb.