Qarabağda erməniləri gözləyən böyük fəlakət

31 Mart, 2020 15:21 | Siyasət | Baxış sayı: 818

Ermənistan ordusunun işğal zonasını sürətlə tərk edəcəyi ehtimal edilir

Ermənistanın bəzi siyasətçiləri Azərbaycanın işğal edilmiş ərazilərində rejim rəhbərliyinə bu gün keçirilən “seçki”nin bölgənin əhalisi üçün böyük fəlakət gətirəcəyini bildirirlər.

İstiPress-in məlumatına görə, belə siyasətçilərdən biri Ermənistan Demokrat Partiyasının rəhbəri Aram Sarkisyandır.

Siyasətçinin “ArmenianReport” portalında yer alan sözlərində bu təhlükənin ən başlıca səbəbinin koronavirus infeksiyası olduğu bildirilir.

“Seçkilərin keçirilməsi virusun yayılması ilə bağlı həm də ona görə təhlükəlidir ki, seçki prosesi, mitinqlər, təbliğat insanların bir yerə toplaşmasını nəzərdə tutur. Həm də Ermənistandan müşahidəçilər gələcək ki, onların da içində virus daşıyıcıları olacaq”,- deyə Aram Sarkisyan bildirib.

Son məlumatlara görə, Ermənistanda virus daşıyıcılarının sayı sürətlə artır və bu gün artıq 532-yə çatıb. Virus daşıyıcıları Ermənistan ordusunda da aşkar edilib və bu ordunun əsas hissəsi Azərbaycanın işğal edilmiş ərazilərində cəmləşdirilib.

Bu, göstərir ki, Dağlıq Qarabağ ermənilərin içində də koronavirus daşıyıcıları var. İşğal edilmiş Azərbaycan ərazilərində yaşayan erməni sakinlər Azərbaycanın Dağlıq Qarabağ icmasının rəhbəri Tural Gəncəliyevə də müraciət edərək koronavirusla bağlı yardım istəmişdilər. Yəni işğal rejimi rəhbərliyinin faktları gizlətməsinə baxmayaraq,  məsələ ilə vəziyyətləri heç də yaxşı deyil.

Məqalə müəllifi işğal zonasında tibbi xidmətin səviyyəsinin çox aşağı olduğunu və bunun sakinlər üçün fəlakət gətirə biləcəyini bildirib. Onun fikrincə, Dağlıq Qarabağda koronavirus epidemiyası başlayarsa, Ermənmstan sərhədi bağlayacaq və ordusunu bölgədən çıxaracaq. Onda Qarabağ ermənilərinin xilas üçün tək ümid etdiyi yer Bakı olacaq.