Ermənistanın iki deputatı koronavirusa yoluxdu

31 Mart, 2020 13:54 | Siyasət | Baxış sayı: 59
Koronavirus
Koronavirus

“Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyiblər

Ermənistan parlamentində hakim fraksiyanı təmsil edən iki deputat koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, onlar Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlmək istəyirmiş. Bunun üçün koronavirus testindən keçiblər və nəticə müsbət olub. Ona görə də parlamentdəki hakim “Mənim addımım” fraksiyasından olan deputatlar Qarabağa gələ bilməyiblər.

Bu hadisə Ermənistan parlamentinin üzvləri arasında təşvişə səbəb olub.