Türkiyənin Çinə göndərdiyi təyyarə sabah qayıdacaq

31 Yanvar, 2020 19:55 | Siyasət | Baxış sayı: 65

34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını gətirəcək

Çinin Uhan şəhərindəki 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını Türkiyəyə gətirəcək “Koca Yusuf” adlı təyyarə saat 23:00-da Uhanda olacaq.

İstiPress-in məlumatına görə, bu barədə Çin səfirliyinin məlumatında deyilir. Bildirilir ki, Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsi sabah geri qayıdacaq.

Tibbi müayinələrdən sonra təyyarəyə daxil olacaq 49 nəfər Türkiyəyə gəldikdən sonra Ankarada hazırlanan xəstəxanadakı karantin otağına yerləşdiriləcək.