Çavuşoğludan Qarabağ bəyanatı

31 Yanvar, 2020 08:39 | Siyasət | Baxış sayı: 106
Mövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu

“Rusiya bu məsələyə öz təsirini göstərsə, biz onu həll edəcəyik”

"Dağlıq Qarabağ münaqişəsində həll yolu tapmaq üçün səylərimizi davam etdiririk". Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndələri ilə görüşü zamanı deyib.

O vurğulayıb ki, bu il də Qarabağ məsələsinə böyük diqqət ayıracaqlar: “Rusiya bu məsələyə öz təsirini göstərsə, biz onu həll edəcəyik”.

Xatırladaq ki, Qarabağ problemi ilə bağlı olaraq Türkiyə Ermənistan ilə sərhədlərini bağlayıb və dəfələrlə münaqişə həll edilməyənə kimi onları açmaq niyyətində olmadığını açıqlayıb.