Rusiyanın ABŞ-ı qorxuya salan səsdən sürətli raketi VİDEO

30 Dekabr, 2018 17:15 | Siyasət | Baxış sayı: 147
Raket sınağı
Raket sınağı

"Avanqard"ın ikinci sınağı baş tutub

Rusiya bütün dünyanı qorxuya salan yeni raketinin ikinci sınağını həyata keçirib. Müdafiə Nazirliyi sınaqdan olan görüntüləri paylaşıb. Söhbət Rusiya ordusu hipersəsli döyüş bloku ilə təchiz edilmiş “Avanqard” raket kompleksindən gedir. Sınaqda prezident Vladimir Putin də iştirak edib. 

“Avanqard” raket kompleksinin 2019-ci ildə ordunun silahlanmasına daxil olacağı planlaşdırılır.

Artıq Almaniyanın "Die Welt" nəşri raket sınağının xüsusi ilə ABŞ-ın böyük narahatlığına səbəb olduğunu bildirib. Qəzet "Avanqard"ı ruslar üçün "yeni il sürprizi" adlandırıb.

“Avanqard” hipersəs daşıma vasitəsi strateji qitələrarası ballistik raket sistemidir. “Avanqard”ın qanadlı bloku trayektoriyadan 1000 kilometr ayrılaraq manevr həyata keçirmək qabiliyyətinə malikdir. Bu da onu istənilən növ raket əleyhinə sistemlər üçün görünməz edir. Raket səsdən 20 dəfə sürətlidir. Uçuş vaxtı raketin səthindəki temperatur 2000 dərəcəyə çatmağına baxmayaraq, bu raketin idarə olunmasına ciddi maneə törətmir.

Xatırladaq ki, yeni raket sistemi barədə məlumat Rusiya prezidenti Vladimir Putin tərəfindən mart ayında açıqlanmışdı.