Putindən ABŞ-a və Türkiyəyə mesaj

30 Dekabr, 2018 15:13 | Siyasət | Baxış sayı: 296
Vladimir Putin
Vladimir Putin

Rusiya lideri öz həmkarlarına məktub göndərib

Rusiya prezidenti Vladimir Putin yeni il münasibəti ilə bir sıra dövlət başçılarını təbrik edib. Onların arasında ABŞ lideri Donald Trampla, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

O, təbrikində Türkiyə ilə Rusiyanın Avrasiyanın təhlükəsziliyini gücləndirməyə davam edəcəyinə əmin olduğunu qeyd edib. Putin həmçinin iki ölkə arasında əaləqlərin inkişafından məmnun olduğunu da deyib. 

"Moskva və Ankaranın birgə səyləri ilə  Suriyada terrorla mübarizəyə qərarlı dəstək verilir".

Kremlin məlumatına görə, rusiyalı lider amerikalı həmkarını da təbrik edib. O, Rusiyanın ABŞ ilə dialoqa hazır olduğunu vurğulayıb. Bundan əlavə o bildirib ki, Rusiya-ABŞ əlaqələri beynəlxalq təhlükəsizliyin, strateji stabilliyin təminatı üçün vacib faktordur.