Putin Əliyevi təbrik etdi

30 Dekabr, 2018 13:55 | Siyasət | Baxış sayı: 89
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

"Bu il Rusiya-Azərbaycan üçün çox məhsuldar olub"

Rusiya prezidenti Vladimir Putin Yeni il münasibəti ilə bir sıra ölkə liderlərini təbrik edib. İstiPreess-in Kremlin saytına istinadla verdiyi məlumata görə, onların arasında Azərbaycanın dövlət başçısı İlham Əliyev də var. 

Putin təbrikində bildirib ki, 2018-ci il Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün olduqca məhsuldar olub. O, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın, bütün səviyyələrdə siyasi dialoqun inkişaf etdiyini qeyd edib.

Rusiya lideri həmçinin Moskva, Soçi və Bakıda keçirilən görüşlərdə əldə edilən razılaşmaların reallaşdırılmasının Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın bundan sonrakı inkişafı üçün təkan verəcəyinə əmin olduğunu bildirib.