Müdafiə naziri hərbi hospitalda

30 Dekabr, 2018 14:45 | Siyasət | Baxış sayı: 39
Nazir hərbi hospitalda
Nazir hərbi hospitalda

Zakir Həsənov hərbçiləri ziyarət edib

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi ziyarət edilib. 

Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Tibb heyəti ilə görüşən Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini onlara çatdırıb və bayram sovqatlarını təqdim edib.