Fransada Azərbaycan məktəbi açılacaq

30 Dekabr, 2018 09:20 | Siyasət | Baxış sayı: 34
Fransa bayrağı
Fransa bayrağı

Məktəb Nant şəhərində yerləşəcək

Fransanın Nant şəhərində Azərbaycan dili və mədəniyyəti məktəbinin açılması planlaşdırılır. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov bildirib. 

"Soydaşlarımızın yaşadıqları ölkələrdə assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və ana dilinin qorunub yaşadılması dövlət komitəsinin qarşısında qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür. Məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib. Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır".

O qeyd edib ki, görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda, xarici ölkə vətəndaşlarına da öyrədilir. Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir.