İranda kütləvi iğtişaşlar

30 Dekabr, 2017 14:42 | Siyasət | Baxış sayı: 489
Məhşəddə kütləvi iğtişaşlar
Məhşəddə kütləvi iğtişaşlar

İranda bahalaşmağa etiraz əlaməti olaraq Məşhəddən başlayan eyləmlər qısa zamanda bütün ölkəyə yayılıb.
 
İstiPress-in "Günaz Tv"yə istinadən verdiyi məlumata görə, müxalifətin bütün şəhərlərdə etiraz aksiyası ilə bağlı çağırışına cavab olaraq, cümə namazından sonra insanlar ayrı-ayrı şəhərlərdə etiraz eyləmləri təşkil ediblər.
 
İranın Kirmanşah, Rəşt, Tehran, Quçan, İsfahan, Qum, Əhvaz, Bocnurd, Əhvaz, Sari, Həmədan və Qəzvin şəhərlərində on minlərlə eyləmçinin qatıldığı etirazlarda əsasən, Əli Xamneyi, prezident Həsən Ruhani və Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə qarşı şüarlar səsləndirilib. Eyni zamanda eyləm iştirakçıları İranın Suriya ə digər region ölkələrinin daxili işləinə müdaxiləsinə qartşı da etiraz ediblər. Bir neçə şəhərdə, o cümlədən də Kirmanşahda əmniyyət qüvvələri ilə etirazçılar arasında toqquşmalar yaşanıb. Polis eyləm iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Bir toqquşma nəticəsində onlarla eyləmçi xəsarət alıb, yüzlərlə fəal həbs edilib. Yayılan son məlumatlara görə, Təbrizdə əhalinin etirazlara qatılmasının qarşısını almaq üçün şəhərin əsas küçə və meydanları polis və mülki geyimli əmniyyət qüvvələrinin nəzarətinə götürülüb. Hazırda Təbrizdə elan olunmamış fövqəladə vəziyyət hökm sürür.
 
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bildirib ki, bu hadisələr İranın düşmənlərinin işdir və onların hədəflərinə çatmağa imkan verilməyəcək.
 

İran polisi yolları kəsib
İran polisi yolları kəsib