Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri ləğv edilib, çünki sonuncu Rusiya rəhbərliyindən yüksək səviyyədə görüşə razılıq almağa nail ola bilməyib.
İstiPress-in məlumatına görə, məlumatı “Novosti Armeniya” yayıb.
"Paşinyan – Putin ikitərəfli görüşünün təşkili ilə bağlı Ermənistanın bütün səyləri iflasa uğrayıb. Respublika baş naziri Protokol xidmətinin rəhbəri Yerevana geri çağırılıb", - deyə nəşr qeyd edib.