Tramp Putinlə görüşünü niyə ləğv etdi?

30 Noyabr, 2018 14:22 | Siyasət | Baxış sayı: 47
Tramp və Putin
Tramp və Putin

Rusiya XİN nümayəndəsi dünyanın gözlədiyi görüş haqqında danışdı

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşünü Qara dənizdəki insidentə görə ləğv etməyib. Bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu addım daha çox ABŞ-dakı daxili siyasi vəziyyətlə bağlı atılıb.

Xatırladaq ki, iki ölkənin prezidenti bu gün Argentinada başlayan G-20 sammiti çərcivəsində baş tutmalı idi. Lakin Tramp ötən gün b görşün ləğv edildiyini açıqlayıb. Bu barədə o "Twitter"də yazıb. Prezident Kerç boğazındakı insidentlə bağlı hesabatla tanış olduqdan sonra belə qərar gəldiyini bildirib.