Rusiya XİN-dən Bako Saakyanın Moskva səfərinə reaksiya

30 Noyabr, 2018 16:20 | Siyasət | Baxış sayı: 244
Mariya Zaxarova
Mariya Zaxarova

Mariya Zaxarova münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyanın Moskvaya səfərinə münasibət bildirib.

İstiPress-in məlumatına görə, bu gün baş tutan ənənəvi brifinqində azərbaycanlı jurnalistin sualını cavablandıran Zaxarova bildirib ki, Saakyanın Rusiya səfəri şəxsi xarakter daşıyır: “Bu səfərə şəxsi səfərdən başqa cür baxıla bilməz. Onun statusu bəllidir”. 

XİN rəsmisinin sözlərinə görə, Saakyanın şəxsi xarakterli bu səfəri nə Rusiya qanunvericiliyinə, nə mövcud beynəlxalq razılşamaya, nə də Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına ziddir.