Rus kişilərə qadağa qoydular

30 Noyabr, 2018 13:22 | Siyasət | Baxış sayı: 112
Ukrayna
Ukrayna

60 yaşa kimi kişilər bu ölkəyə buraxılmayacaqlar

Ukrayna rusiyalı kişilərin ölkəyə girişinə qadağa qoydu. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qadağa 16-60 yaş arasında olan şəxslərə aiddir. 

Ukraynanın Dövlət Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikalın sözlərinə görə, buraxılış məntəqələrində nəzarət gecləndirilib.

Xatırladaq ki, bu qadağa üzərinə iş getdiyi barədə Ali Radanın deputatı Artur Gerasimov məlumat vermişdi. "Rusiyalı qadınların yox, kişilərin ölkə ərazisinə girişinin qadağan edilməsi üzərində iş aparılır". 

Rusiya ilə Ukrayna arasında gərgin olan münasibətlər noyabrın 25-də Kerç boğazında rusların 3 gəmini həbs etməsindən sonra daha da pisləşib. Rəsmi Moskva Ukraynaya məxsus hərbi gəmilərin su sərhədlərini pozduqlarını, təhlükəli manevrlərə yol verdiklərini bildiib.