Separatçı rejimin “rəhbəri”nin yalvarışına erməni kişilərdən “hay” gəlmədi: Qadınları irəli verdilər

30 Oktyabr, 2020 13:48 | Siyasət | Baxış sayı: 61

Öz ordusuna yalvaran separatçı rejimin “rəhbəri” Araik Arutyunyann çağırışına isə erməni kişilərdən reaksiya gəlmədiyi üçün qadınlar cavab verməli olub.

İstiPress-in məlumatına görə, o, yaydığı videomüraciətdə Azərbaycan Ordusunun Şuşa şəhərinin lap yaxınlığında olduğunu qeyd edib.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsindən döyüş bölgəsinə getmək üçün hazırlıq görən qadınların fotolarını paylaşıb.

Bu fotolar isə onu göstərir ki, erməni kişilər Qarabağ döyüşlərində müzəffər Azərbaycan Ordusunun qarşısına çıxmağa qorxur.