Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə etdi

30 Oktyabr, 2020 16:57 | Siyasət | Baxış sayı: 160

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Qarabağdakı vəziyyəti, Avropadakı terror aktlarını və digər məsələləri müzakirə edib.

İstipress-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Cənubi Qafqazdakı vəziyyət Qarabağdakı hadisələrin inkişafına vurğu edilərək müzakirə edildi”,- deyə Peskov qeyd edib.

İclasda həmçinin Avropada bir gün əvvəl baş verən terror hadisələri barədə ətraflı fikir mübadiləsinin aparıldığı bildirilib.