İzmirdə güclü zəlzələ olub - FOTO

30 Oktyabr, 2020 16:23 | Siyasət | Baxış sayı: 103

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

İstiPress-in məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Dağıntıların olub-olmaması barədə hələ ki, məlumat yoxdur.

İzmirdə zəlzələ
İzmirdə zəlzələ