Düşmənin Bərdə və Tərtəri atəşə tutduğu daha 2 "Smerç"i məhv edildi - VİDEO

30 Oktyabr, 2020 17:44 | Siyasət | Baxış sayı: 75

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.