Bərdəni atəşə tutan “Smerç” məhv edildi - VİDEO

30 Oktyabr, 2020 10:45 | Siyasət | Baxış sayı: 34

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

İstiPress-in məlumatına görə, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb:

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.