Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

30 Oktyabr, 2020 12:35 | Siyasət | Baxış sayı: 225

Ordumuzun dəqiq atəş zərbələri ilə düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsinə dair dünən yayılmış görüntülərdəki bir detal rus mütəxəssisləri heyrətə gətirib.

İstiPress-in məlumatına görə, məlum olub ki, Azərbaycan ordusu dünyanın ən yüksək effektivliyə malik radiolokasiya stansiyalarından birini Qarabağda məhv edib. Bu, hətta stels-təyyarələri belə aşkar etməyə imkan verən P-18 RLS-idir.

P-18 dünyada ən etibarlı RLS-lərdən biri olmaqla istənilən növ uçan aparatları onlarla kilometrdən yüzlərlə kilometr məsafəyə qədər aşkarlamağa qadirdir. O cümlədən radarlara görünməyən hədəfləri də aşkar edə bilir. RLS-ə Azərbaycan ordusunun silahlanmasında yer alan “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsindən zərbə endirildiyi təxmin edilir.

O ki qaldı Rusiyanın istehsal etdiyi və dünyanın ən qabaqcıl RLS-lərindən birinin Qarabağda düşmənin əlinə necə keçməsinə, mənbələr bu haqda susurlar...