Türkiyə ABŞ səfirini XİN-ə çağırdı

30 Oktyabr, 2019 11:45 | Siyasət | Baxış sayı: 51
Türkiyə XİN
Türkiyə XİN

Satterfieldə qondarma soyqırımı qərarı ilə bağlı narazılıq çatdırılıb

ABŞ Nümayəndələr Palatasının şok 2 qərarından sonra Türkiyə bu ölkənin səfirini XİN-ə çağırıb. Səfir David Satterfieldin nazirliyə çağırıldığını XİN yaydığı açıqlama ilə elan edib. 

Açıqlamada qeyd edilir ki, səfir 1915-ci il hadisələri ilə bağlı alınmış tarixi, hüquqi əsası olmayan qərar və "Barış pınarı" hərəkatı ilə əlaqəli ölkəyə sanksiyaların tədbiqi ilə bağlı olaraq dəvət edilib. 

ABŞ səfirinə bu qərarın Türkiyə hökuməti və türk xalqının yanında heç bir qüvvəsinin olmadığı, iki ölkə arasındakı strateji ortaqlıq ilə də ziddiyyət təşkil etdiyi bildirilib. 

Xatırladaq ki, ABŞ-da Konqresin Nümayəndələr Palatası Bakı vaxtı ilə ötən gecə saatlarında “erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib. İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin leyhinə 405, əleyhinə 11 millət vəkili səs verib.