Prezident Bakıdakı müdafiə nazirləri ilə görüşdü

30 Oktyabr, 2019 11:49 | Siyasət | Baxış sayı: 40
MDB müdafiə nazirləri Şəhidlər Xiyabanında
MDB müdafiə nazirləri Şəhidlər Xiyabanında

Paytaxtda Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası başlayıb. İclasda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Qurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali, Qırğız Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev, həmçinin MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edirlər.

Toplantı zamanı Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq Konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətə dair birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçirəcək.

Eyni zamanda Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə ediləcək və MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı açıqlanacaq.