İsrailin Bakıdakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırdı

30 Oktyabr, 2019 15:21 | Siyasət | Baxış sayı: 120

Ölkəsinin Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayıb

İsrailin Azərbaycandakı səfirliyi də diplomatik nümayəndəliklərə vəsait ayrılması sisteminin dəyişdirilməsinə dair ölkəsinin Maliyyə Nazirliyinin qərarına qarşı etiraz tətilinə başlayıb.

İstiPress-in məlumatına görə, səfirliyin yaydığı açıqlamada belə deyilir.

Bildirilir ki, İsrail Maliyyə Nazirliyinin baş direktoru tərəfindən razılaşdırılaraq, 2019-cu ilin 21 iyul tarixində imzalanmış razılaşmaların Maliyyə Nazirliyi tərəfindən pozularaq protokola zidd olan birtərəfli prosedur tətbiq etmək qərarına görə, səfirlik diplomatik nümayəndəliyini bağlamağa məcbur olub: "Konsulluq xidmətləri göstərilmir, səfirliyə heç kəs buraxılmayacaq... Təəssüf ki, Maliyyə Nazirliyinin bu qərarı bizə yuxarıda göstərilən addımlardan başqa, hər hansı yol qoymayıb. Çünki İsrail Dövlətinin həyati mənafeyinə ziyan vurulub. Bu böhranın yaxın vaxtlarda həllini tapacağına ümidvarıq”.