Ərdoğan ABŞ Konqresinin "erməni soyqırımı" qərarı haqda

30 Oktyabr, 2019 16:36 | Siyasət | Baxış sayı: 147
R.T.Ərdoğan
R.T.Ərdoğan

"Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq"

“Türkiyə yeni bir istiqlal mübarizəsi aparır, zəfərə doğru addım-addım irəliləyirik”.

İstiPress-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında deyib.

Türkiyə Prezidenti xəbərdarlıq edərək, deyib ki, terror balonu nə zamansa erməni terrorunu, PKK-nı dəstəkləyənlərin əlini partladacaq. “Qısa müddətdə əldə etdiyimiz uğur bəzilərinin panikaya düşməsinə səbəb olub. 20 şəhidimiz var. Qərbdən olan heç bir dövlət şəhidlərimizlə bağlı bizə başsağlığı vermədi. Antiterror əməliyyat nəticəsində isə 900-dən çox terrorçunu zərəsizləşdirmişik. Qərbdən olanlar bizdən davamlı olaraq soruşurlar: “Orada nə qədər qalacaqsız?”. Mən də onlardan soruşuram: “Siz nə vaxt çıxacaqsız?”.

R.T.Ərdoğan ABŞ-ın Vitse-prezidenti Maykl Pensin Türkiyə səfəri zamanı əldə edilən razılaşmadan da danışıb. Eyni zamanda ABŞ-ın Nümayəndələr Palatasında Türkyə əleyhinə qəbul olunan qətnamələrə münasibət bildirib: "Oktyarbın 29-da Konqresdə qəbul edilən iki qətnamənin şahidi olduq. Bundan ölkəmizə qarşı sui-istifadə edə bilərlər. Bu qətnamələrin heç bir gücü yoxdur və biz onu tanımırıq. Açıq desəm, özləri çalıb özləri oynaycaqlar".