Bağdadini öz yaxınları satıb - 25 milyona

30 Oktyabr, 2019 13:55 | Siyasət | Baxış sayı: 77
İŞİD lideri Əbu Bəkr əl-Bağdadi
İŞİD lideri Əbu Bəkr əl-Bağdadi

İŞİD liderinin məhvinin detalları

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini onun yaxın ətrafında olanların verdikləri informasiya əsasında məhv etmək mümkün olub. Bu barədə "The Washington Post" xüsusi əməliyyatın detalları ilə tanış olan mənbəsinə istinadla məlumat yayıb. İddiaya görə, amerikalılara verdiyi informasiyaya görə həmin şəxs 25 milyon dollar mükafat alacaq. 

Nəşrin iddiasına görə, terrorçu lideri satan şəxs bu yolla nəinki qazanc əldə etmək məqsədi güdüb, həm də öz yaxın qohumunun qətlinin qisasını da alıb. 

Xatırladaq ki, Əl-Bağdadinin məhv edilməsi barədə informasiyanı bir neçə gün öncə ABŞ lideri Donald Tramp verib. Məlumata görə, onun meyiti suya atılıb.